Azərbaycanın qərbində yaranmış
xanlıqlar ərazilərinin beynəlxalq ti-
carət yollarının
üzərində yerləşmə-
sinə və strateji mövqeyinə görə
seçilirdi. Elə bu səbəbdən də qonşu
xanlıqların və xarici dövlətlərin hü-
cumuna məruz
qalırdı.
İrəvan xanlığı. İrəvan xanlığı XVIII əsrin ortalarında yaranmışdı. Onun əsasını Mir Mehdi xan Əfşar (1747-1752) qoymuşdu. 1755-ci ildə Həsənəli xan Qacar İrəvan xanı oldu. Beləliklə, İrəvanda Qacar tayfasından olan sülalə hakimiyyətə gəldi.
Xanlığın əhalisi. İrəvan xanlığının əhalisi bu diyarın ən qədim sakinləri olan Azərbaycan türkləri idi. Bunu o dövrə aid yer adları, o zaman İrəvanda olmuş Avropa səyyahlarının, hətta erməni tarixçilərinin məlumatları sübut edir.