Rusiyanın Gürcüstanı, Azərbay-
canın şimal torpaqlarının
bir his-
səsini işğal etməsi Cənubi Qafqazda
möhkəmlənməyə çalışan xarici dövlət-
lərin narahatlığına
səbəb oldu. Hər
bir dövlət bu işğala bacardığı qədər
mane olmağa çalışdı.
Azərbaycan torpaqları hərbə meydan olur. Qacar dövləti Azərbaycan torpaqlarının işğalı ilə razılaşmaq istəmirdi. 1804-cü ildə Fətəli şah Rusiyadan öz qoşunlarını Cənubi Qafqazdan çıxarmasını tələb etdi. Tələb rədd olundu və iki dövlət arasında müharibə başlandı. Qacarlar dövlətinin müharibəyə başlaması ilə Azərbaycan xalqının Rusiya işğalına qarşı mübarizəsi genişləndi. Qazax və Borçalıda, Car-Balakəndə üsyanlar baş verdi.
Car-Balakən və Gəncə xanlığının işğalından sonra çar Rusiyasının əsas hədəfi İrəvan xanlığı idi. Osmanlı və Qacar dövlətləri, həmçinin Rusiyanın işğal etdiyi Gürcüstanla həmsərhəd olan İrəvanxanlığı strateji əhəmiyyət daşıyırdı.