Şamaxı xanlığının tabe edilmə-
sindən sonra Bakıya yol
açıldı. Rus
qoşunlarının baş komandanı hələ
1805-ci ilin əvvəlində Bakını ələ ke-
çirmək üçün rus
donanmasım Xəzərə
göndərmişdi.
Sisianovun öldürülməsi. Rusların növbəti hədəfi Bakı xanlığı idi. Sisianov Bakıya üz tutdu. O, yolda olarkən Bakı dənizdən rus donanmasının hücumuna məruz qaldı. Ruslar Bakıya desant* çıxardılar. Onların Bakı qalasını təslim etmək tələbinə Bakı xanı rədd cavabı verdi. Qalanın xoşluqla təslim edilməyəcəyini görən ruslar qalanı atəşə tutdular. Xanlığın mühüm strateji məntəqələri ələ keçirildi. Bakı hakimi Hüseynqulu xan Qacar sarayına müraciət edib kömək istədi. Şahzadə Abbas mirzə dərhal Bakı xanına kömək göndərdi. Qubalı Şeyxəli xan da öz hərbi qüvvələri ilə Bakı xanının köməyinə gəldi. Bütün bunlar rus desant dəstəsinin vəziyyətini çətinləşdirib onları geri çəkilməyə vadar etdi.
Böyük qoşun dəstəsi ilə Şamaxı tərəfdən irəliləyən Sisianov 1806-cı ilin əvvəlində Bakının iki kilometrliyinə çatıb dayandı. O, qalanın təslim edilməsini tələb etdi və Hüseynqulu xana Bakı xanlığının Rusiyadan tam asılı hala salınmasını nəzərdə tutan müqavilə layihəsi göndərdi.