Rusiya Azərbaycanın işğal edil-
miş şimal ərazilərində
möhkəmlən-
mək üçün, ilk növbədə, burada öz
idarəçilik sistemini tətbiq etdi.
Xanların səlahiyyətlərinin məhdudlaşdırılması. Komendant idarə üsulunun yaradılması. Azərbaycanın şimal xanlıqlarının işğalından sonra çar hökuməti bir sıra dəyişikliklər etdi. Qarabağ, Lənkəran, Şəki və Şamaxı xanlıqlarında xanlıq idarə sistemi saxlanılmışdı. Xanlıqların daxili müstəqilliyi saxlanılsa da, xanların səlahiyyətləri məhdudlaşdırılmışdı. Xanlara general rütbəsi verilmişdi. Onlar çar Rusiyasının generalları hesab edilirdilər və Qafqazın baş hakiminə tabe idilər.
Şəmistan Nazirlinin “Azərbaycan generalları” kitabından