Gülüstan müqaviləsini özü üçün
rüsvayçılıq hesab edən Qacarlar döv-
ləti bununla barışmaq istəmirdi.
Şahzadə Abbas mirzə Rusiyaya qar-
şı yeni müharibəyə hazırlaşırdı.
Abbas mirzənin ordunu yenidən qurması. İngiltərə Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsini istəmir və buna mane olmaq üçün şahı yeni müharibəyə təhrik edirdi. İngiltərə hökuməti Fətəli şaha vəd etmişdi ki, Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmiş sərhədlərə yenidən baxılmasına nail olacaqdır.
İngiltərə şah hökumətinə maliyyə yardımı göstərmək, ordu və hərbi gəmilər ayırmaq haqqında öhdəliyini bir daha təsdiq edərək Qacar ordusu üçün yeni təlimatçı zabitlər, silah-sursat, Təbrizdə fəaliyyət göstərən, silah hazırlayan müəssisə üçün avadanlıq göndərməyə başladı.
XIX əsrin 20-ci illərində ingilislər şaha pulla, silahla və sursatla göstərdikləri yardımı daha da gücləndirdilər. İngilis zabitləri sərhəd qalalarını möhkəmləndirdilər. Tehranda və Təbrizdə metaltökmə müəssisələrinin əsası qoyuldu, Təbrizdə barıt istehsalı nizama salındı. Şahzadə Abbas mirzə ingilislərin köməyi ilə öz ordusunu yenidən qurdu.