2. XV əsin ortalarında Baharlı hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzinin Kilikiyadan, erməni mənbələrində qeyd edildiyi kimi, “Azərbaycan ölkəsində olan Üçkilsəyə” (Eçmiədzinə) köçürülməsinə icazə verdi. Tədricən Üçkilsə və onun ətrafında yerli azərbaycanlı əyanlara məxsus torpaqlarda Kilikiyadan köçüb gələn erməni ailələri məskunlaşdı və bu proses sonrakı yüzilliklərdə daha da genişləndi. 1639-cu ildə Üçkilsə məbədinin alban memarlıq üslubuna uyğun mehrabı sökülüb, yenidən inşa edildi.
3. Qarabağın dağlıq hissəsinin qriqorian məzhəbi qəbul etdirilən xristian əhalisi uzun müddət özlərini erməni etnosuna mənsub hesab etmirdilər. Bunu XVIII əsrin əvvəllərində onların rus çan I Pyotra yazdıqları məktubda özlərini alban adlandırması da sübut edir. Həmçinin XVIII əsrin ikinci yansında erməni katolikosu olan Simon qeyd edirdi ki, “Qarabağ və Gəncə kilsələrindən ona yazıblar ki, xristiandırlar, amma etnik cəhətdən erməni deyil, ağvan olduqlarından Eçmiədzinə vergi vermələri doğru deyil”.
4. Cənubi Qafqazın Rusiya tərəfindən işğalı ermənilərin digər ölkələrdən bu regiona, o cümlədən Azərbaycanın şimal torpaqlarına kütləvi şəkildə köçürülüb yerləşdirilməsinə və burada erməni amilinin yaranmasına və güclənməsinə şərait yaratdı. Bu siyasətlə Qarabağın dağlıq hissəsində yaşayan azsaylı qriqorianlaşdırılmş alban əhalisinin erməniləşdirihnəsi son mərhələyə qədəm qoydu. Çar Rusiyasının məqsədyönlü siyasəti nəticəsində 1836-cı ildə alban katolikosluğu* ləğv edildi, alban kilsələri Eçmiədzin katolikosluğuna tabe edildi. Alban dilində olan dini və digər məzmunlu tarixi sənədlər məhv edildi. Alban kilsələrinin memarlıq quruluşu dəyişdirildi. Beləliklə, uzunmüddətli tarixi proseslərin - müxtəlif işğallar və təzyiqlərin nəticəsində qriqorian məzhəbini qəbul etməyə məcbur olmuş alban əhalisinin tədricən erməniləşməsi prosesi başa çatdı.