Şirvanda baş verən quraqlıq özü
ilə dəhşətli aclıq gətirdi. Bu isə ba-
halığa, bazarlarda qiymətlərin bir
neçə dəfə artmasına səbəb oldu. Nə-
ticədə, Səfəvi dövlətində iqtisadi
böhran dərinləşdi.
İqtisadi tənəzzül. XVII əsrin sonu — XVIII əsrin əvvəlində Azərbaycan iqtisadiyyatı dərin tənəzzül keçirirdi. Bu tənəzzülün bir sıra daxili və xarici səbəbləri var idi.
Səfəvi dövlətinin tənəzzülünün daxili səbəbləri bunlar idi:
Pul böhranının baş verməsi. Bu dövrdə Səfəvi dövləti ərazisinə qiymətli metallar qismən xaricdən gətirilirdi. Qiymətli metalların azlığından dövriyyəyə qəlp pullar daxil olurdu. Bu, nəticə etibarilə, əmtəə mübadiləsinin pozulmasına, maliyyə sahəsində hərc-mərcliyə gətirib çıxarırdı.
Şəhər iqtisadiyyatının tənəzzülü. Bunun səbəbi ticarət və sənətlə məşğul olan əhalinin şəhərləri kütləvi surətdə tərk etməsi idi.