XVIII əsrin əvvəllərində Rusiya
Osmanlı imperiyası ilə uğursuz mü-
haribə aparmış və Qara dənizə çıxış
əldə etməkdən əlini üzərək diqqətini
Xəzər dənizi hövzəsinə yönəltmişdi.
Rus elçiliyinin İsfahana gəlməsi. Səfəvi dövlətini böhran vəziyyətindən çıxarmaq üçün 1713-cü ildə Şah Sultan Hüseyn Rusiya dövlətinə “dostluq və ticarət müqaviləsi” bağlamaq təklif etdi. Bu məqsədlə o, Peterburqa nümayəndə göndərdi.
Həmin illərdə Rusiya dövləti İsveçlə müharibə aparırdı. Belə bir şəraitdə cənuba yürüş etmək imkanına malik olmayan çar kəşfiyyat xarakterli planlar hazırlamağı məqsədəuyğun saydı. Şah Sultan Hüseynin təklifinə cavab olaraq o, ticarət müqaviləsi bağlamaq üçün Səfəvi sarayına elçilər göndərdi. Artemi
O, çara yazırdı: “Bu xəritədən aydın görünür ki, İrəvan qalasını aldıqdan sonra İstanbula və Anadoluya yol açılır”. İ.Ori riyakarlıqla bildirirdi ki, Cənubi Qafqaz əhalisinin əksəriyyəti ermənilərdir və onlar müsəlmanlara qarşı qalxmaq üçün məqam gözləyirlər. Əgər rus çan az bir qüvvə ilə cənuba yürüş etsə, ermənilər və gürcülər onun yardımına gələcəklər.
Məlumat əsasında I Pyotrun Xəzər dənizi hövzəsinə yürüşünü kimlərin və hansı məqsədlə dəstəklədiyini izah edin.