102
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Daha çox Dehli sultanlığı kimi tanınan bu dövlət 1206-1526-cı illərdə mövcud olmuşdur.
Hindistanda əfqanmənşəli Gurlular sülaləsinin hakimiyyəti dövründə (XI-XII əsrlər) tarixi meydanda Mərkəzi Asiyadan gəlmiş türkəsilli sərkərdələr peyda olmuşdu. Onlar güclənərək dövlət idarəsini nəzarət altına almışdılar. Onları Məmlüklər adlandırırdılar. Bu dövrdə məmlük sözü “mülk edilən, kölə” mənası ilə bərabər, daha çox hökmdar qvardiyasına mənsubluğu bildirirdi.
Gurlular sülaləsindən sonra bir əsrdən artıq müddət ərzində Hindistanın şimal hissələrini türkəsilli məmlüklər idarə etmişdilər.
Qütbəddin Aybəkin (1206-1210) Dehlidə əsasını qoyduğu bu türk dövləti 320 ilə yaxın mövcud olmuş və bir-birinin ardınca dörd türk sülaləsi - Məmlüklər, Halaçlar, Tuğluqlar və Seyyidlər tərəfindən idarə olunmuşdur. Halaç türkləri bu günə kimi Azərbaycan və Anadolu torpaqlarında yaşayırlar.
Bir çox alim, şair, yazıçı və sənətkarı himayəsinə alan Dehli sultanları mədəniyyət və incəsənətin inkişafına böyük xidmət göstərmişdilər. Balaban sultanın hakimiyyət dövrü elm və incəsənət baxımından xüsusilə əhəmiyyət-