106
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Əsası 1302-ci ildə qoyulmuş bu dövlət 1922-ci ilədək mövcud olmuşdur. Altı əsrdən artıq yaşayan Osmanlı dövləti ən uzunömürlü türk dövlətidir. Dövlətin qurucusu Oğuz türklərinin Qayı boyuna mənsub olan Ərtoğrul Qazinin oğlu Osman Qazi olmuşdur. Bu sülalənin əcdadları XIII əsrin birinci yarısında Mərkəzi Asiyanın cənub-qərb bölgələrindən Azərbaycana, sonra da Anadoluya köç etmişdilər.
1243-cü ildə Səlcuqlu dövləti Kösədağ döyüşündə məğlubiyyətə uğradıqdan sonra Anadolunun siyasi birliyi pozuldu. Dövlətin parçalanması prosesində Qaramanoğulları, Aydınoğulları, Əşrəfoğulları, Kərəsioğulları, İsfəndiyaroğulları, Məntəşəoğulları kimi müstəqil bəyliklər yarandı. Onlardan biri də Osmanlı bəyliyi idi.
1281-ci ildə Ərtoğrul Qazi özünün bəyliyini oğlu Osman Qaziyə vəsiyyət etdi. Osman Qazi əvvəlcə Anadolu Səlcuqlu dövlətinin ona Söyüt və Domançı bölgələrində sərhədyanı bəylik kimi ayırdıqları vilayətdə hakimlik edirdi. 1302-ci ildə Türk