134
TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
Türk xalqlarını birləşdirən daha bir xüsusiyyət onların tarixi adət və ənənələrə bağlı olan milli bayramlarının ortaq olmasıdır. Bunlar “Novruz” bayramı, on iki heyvanla bağlı olan türk təqvimi, xalq rəqsləri, oyunlar və başqalarıdır.
Bu bayram Şərqi Türküstandan Balkanlara qədər bir çox bölgədə “Novruz”, “Navruz”, “Nevruz”, “Növrüz”, “Nauruz”, “Nooruz” kimi adlarla məlumdur. Ən qədim bahar bayramlarından biri olan Novruz bayramı hər il martın 21-dən başlayaraq bir neçə gün keçirilir. Bu bayram Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Əfqanıstan, İran və Tacikistanla bərabər, Tatarıstan, Başqırdıstan, Çuvaşıstan və Şimali Qafqazda ənənəvi olaraq ilin başlanğıcı və baharın gəlişi kimi qeyd olunur. Novruz bayramı günlərində ləziz milli xörəklər bişirilir, qonaqlar qəbul edilir, ənənəvi oyunlar və yarışlar keçirilir.