TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
145
Milli oyunlar və idman növlərində də ortaqlıq müşahidə olunur. Məsələn, türklərin əsas idman oyunu olan güləş (kureş, küres, güreş) Mərkəzi Asiya, Volqa-Ural, Qafqaz, Anadolu və Balkan türkləri arasında geniş yayılmışdır. Bu idman oyunu toylarda, bayram və şənliklərdə həyata keçirilir.
Azərbaycan türklərində çövkən (çovqan), qırğızlarda kökbörü, qazaxlarda kökpar, özbəklərdə kökpari və ya oğlak, türkmənlərdə oğlakkapdı adları ilə tanınan atüstü idman növü türk xalqlarının sevimli oyunudur. Atüstü oyunun çoxlu sayda növlərinə Anadolu və Qafqazda da rast gəlinir. Bununla bərabər, payqa və ya bayqa (bayge) kimi tanınan ənənəvi at yarışları da məşhurdur.