28
HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
Bu dövlət e.ə. II - b.e. III əsrləri arasında mövcud olmuşdur. Qurucusu Kujula Kadfizdir.
Dövlətin ərazisi Mərkəzi Asiyanın cənub-qərb hissəsini (qədim Baktriya / Yuxarı Amudərya hövzəsi), Xorasanı, tarixi Şimali Hindistanı (Əfqanıstanın bir hissəsi və Pakistan) və Şərqi Türküstanı (indiki ÇXR-in SUMR-nu) əhatə etmişdir.
Əvvəllər yabqu titulu daşıyan Kuşan hökmdarları Parfiya və Sasani dövlətləri ilə uzun illər mübarizə aparmışlar.
Kuşanlar Hindistanın şimal torpaqlarını ələ keçirərək İpək yolunun cənub xəttini nəzarət altına almışdılar.
Kuşanlar dünyada məşhur olan Qandhara (Peşəvər/Pakistan) mədəniyyətinə öz töhfələrini vermiş, Amudəryanın şimal sahillərində onlarla şəhər salaraq burada buddizm mədəniyyətinin ən parlaq nümunələrini yaratmışlar. Kuşan dövrünün heykəlləri zahiri görünüşcə qədim türkləri xatırladır.
Kuşan imperiyasının ən parlaq dövrü hökmdar Kanişkanın zamanında olmuşdur. Onun adından qızıl və bürünc pullar kəsilmişdir. Kuşan pullarının üzərindəki yazılar yunanmənşəli Baktriya yazısıdır.
Əbu Reyhan əl-Biruni (973-1048) kuşanlardan bəhs edərkən onların hökmdarı Kanişkanın adını “Kanık” şəklində yazmış,