30
HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
“naməlum yazı”dan da istifadə etmişlər.
Hun dövləti IV-V əsrlərdə mövcud olmuşdur. İlk məlum hökmdarı Balamir olan bu dövlətin ərazisi Şimali Qafqazı, Qara dənizin şimal sahillərini və Şərqi Avropanı əhatə etmişdir. Hun əsgərləri Roma imperiyasına qarşı müharibələr apara-apara Balkan yarımadasını keçmiş, Fransaya qədər gedib çıxmışdılar.
Hunlar Mərkəzi Asiyadan yola çıxaraq Şərqi Avropaya gələndə, yəni IV əsrin ikinci yarısında Şimali Qafqaz alanların, Qara dənizin şimal sahillərindəki düzənliklər isə german tayfaları olan qotların işğalı altında idi.
Hun hökmdarı Balamirin başçılığı altında hunlar əvvəlcə şərq qotlarını (374-cü il), sonra isə qərb qotlarını (375-ci il) məğlub etdilər.
Beləliklə, hunların hərbi gücü müxtəlif tayfaları yerindən edərək torpaqlarından uzaqlaşdırmışdı. Onlarla tayfa toqquşaraq biri o birini ata-baba torpaqlarından sıxışdırıb çıxarırdı. Roma imperiyasının şimal əyalətləri talan olunmuş, İspaniyaya qədər uzanan geniş bir ərazidə Avropanın etnik siması dəyişmişdi.
Hunlar ilk dəfə 378-ci ilin yazında sıralarını