32
HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
bələrində Spet-Hyon (Ağ Hun) və Karmır Hyon (Qırmızı Hun), qədim hind mənbələrində isə Huna, Sveta Huna (Ağ Hun) və Hara Huna (Qırmızı Hun) adlarına rast gəlinir. Adıçəkilən prototürk tayfaları sonralar Xorasan və Şimali Hindistanda türk əhalisinin artmasında mühüm rol oynamışdılar.
Kuşanlar kimi, cənub hunları da üzərində Baktriya yazısı olan pullar zərb etdirmiş və möhürlərində bu yazıdan istifadə etmişlər. Pulların üzərindəki Al-Hon ifadəsi, çox güman ki, qədim türkcədə Kızıl Hun (al-qırmızı) mənasındadır, çünki qədim türklərdə üfüqün cəhətləri şərti olaraq dörd əsas rənglə ifadə olunurdu. Ak (ağ) - Qərbi, kök (göy) - Şərqi, kızıl (qırmızı) - Cənubu, kara (qara) - Şimalı bildirirdi.
Bu dövlət IV-VI əsrlərdə mövcud olmuşdur. Ərazisi Mərkəzi Asiyanın cənub-qərb ətrafları (qədim Baktriya), Xorasan, Şimali Hindistan və Şərqi Türküstanın cənub-qərb hissəsini əhatə edirdi. Onlar Bizans mənbələrində Eftallar, ərəb və fars dilində yazılmış əsərlərdə Haytal, Çin salnamələrində isə