TÜRK XAQANLIQLARI
43
Arxeoloji qazıntılar nəticəsində Macarıstanda və yanaşı bölgələrdə Avar xaqanlığı dövrünə aid çoxlu sayda maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapılmış qızıl və gümüş qablar Mərkəzi Asiya türk üslubunda işlənmişdir (məsələn, Nadi Sent-Mikloş məskənindən tapılmış sərvətlər). Maraqlıdır ki, bu əşyaların üzərində qədim türk yazısına çox bənzəyən yazılar vardır.
Bu dövlət VII-X əsrlərdə mövcud olmuşdur. Dövlətin əsası Aşina nəslinin Qərbi Göytürk xaqanlığını idarə edən nümayəndələri tərəfindən qoyulmuşdur. Mərkəzi əraziləri Aşağı Volqaboyu və Xəzər dənizinin şimal-qərb sahillərini əhatə etmişdir.
Müxtəlif dövrlərdə dövlətin paytaxtı tarixi Xanbalıq (Səməndər, Dağıstan), İdil, Bələncər və Sarkel şəhərləri olmuşdur.
Ən qüdrətli çağlarında Xəzər xaqanlığı Qara dənizin şimalından Aral dənizinə, Azərbaycandan Ural dağlarına qədər uzanan ərazilərə hakim idi. Onun ərazisində türk, slavyan, Qafqaz, İran və fin-uqor (madyarlar) etnosları yaşayırdı. Qərbi