50
TÜRK XAQANLIQLARI
V-VI əsrlərdə qırğızlar Yeniseyin yuxarı axarında öz dövlətlərini yaratdılar. 555-ci ildə onlar Türk xaqanlığından asılı vəziyyətə düşdülər. 630-cu ildə xaqanlıq dağılandan sonra qırğızlar yenə öz müstəqilliklərini bərpa etdilər və 648-ci ildə özlərinin ilk səfirlərini Çin hökumətinə göndərdilər.
VII əsrin sonu - VIII əsrin əvvəlində qırğızların başında güclü öndər Barsbəy durdu. Göytürklər yenidən müstəqillik qazandıqdan sonra qırğızlar onların hakimiyyəti altına keçdilər. Bununla belə, xaqanlığın başında yenə də qırğız xaqanı dururdu və o, yavaş-yavaş güc toplayırdı. VIII əsrin 20-30-cu illərində Qırğız xaqanlığının müstəqilliyi bərpa olundu.
840-cı ildə qırğızlar Ötükəndə Uyğur dövlətini məğlubiyyətə uğratdılar və bunun nəticəsində, qüdrətli dövlət - Böyük Qırğız xaqanlığı yarandı. Bu dövr Yenisey qırğızlarının siyasi qüdrətinin, hərb sənətinin ən yüksək zirvəsi oldu. Tarixçi alimlər bu dövrü “Qırğız xaqanlığının epoxası”, qırğız tarixinin ən möhtəşəm məqamı adlandırırlar. 840-924-cü illərdə Qırğız xaqanlığının ərazisi Mancuriyanın qərb sərhədlərindən Tanrı dağına qədər uzanırdı. Bu dövlət Böyük İpək yolunda güclü nüfuza malik idi və bir sıra başqa ölkələrlə, ilk növbədə, Çində
Özünün paleoqrafik, dil və məzmun xüsusiyyətlərinə görə (Monqolustanda tapılmasına baxmayaraq) alimlər tərəfindən Yenisey kitabələrinə aid edilən Suciyn kitabəsi 1900-cü ildə Suciyn Davan dağının yaxınlığında yerləşən ərazidə Q.İ.Ramstet tərəfindən aşkar edilmişdir. Kutluq Baqa Tarkan Öqe hökmdarın “buyruğu” (naziri) olmuş Buyla Qutluq Yarqan adlı şəxsin xatirəsinə ucaldılmış bu kitabədə həmin şəxs öz mənşəyinə bu sözlərlə işarə edir: “Mən qırğız oğlu qırğızam” və öz qəhrəmanlıqlarından və sərvətlərindən söz açaraq oğullarına dövlətə xidmət etməyi vəsiyyət edir. 11 sətirdən ibarət bu daş kitabənin IX əsrin ortalarında, Qırğız xaqanlığı dövründə ucaldıldığı hesab olunur.
Şək. 3.13. “Mən - qırğız oğlu qırğızam...” sözləri yazılmış Suciyn Davan kitabəsindən. Monqolustan