TÜRK XAQANLIQLARI
55
riya isə türkcə Hun, yaxud On oqur etnik adlarından meydana gəldi.
Bizanslıların türk sözünü ilk olaraq macarlar üçün istifadə etmələri də maraq doğurur. Bizans mənbələrində Tourkia sözü Macarıstan bölgəsinə, türk sözü isə macarlara aid edilirdi.
Orta əsr macar tayfa adlarının bir neçəsinin türk tayfa adları ilə üst-üstə düşməsi ilə bərabər, bu gün də macar dilində çoxlu sayda türk sözlərinin işlənməsi o dövrün izləridir. Məsələn, Gyurmatı, Yeno, Kese kimi macar tayfa adları başqırd türklərində Yurmatı, Eney, Keze şəklində qorunmaqdadır. Qazax, qaraqalpaq və qırğız türklərində Janay, özbək və noqay türklərində Majar tayfa adının olması da türklərlə macarlar arasında tarixi qarşılıqlı əlaqələrin əyani sübutudur.
Qıpçaq dövlətinin yaranması və Avrasiya çöllərində onlarla qıpçaq tayfasının məskunlaşması türk dilinin qıpçaq ləhcəsinin geniş yayılmasına səbəb oldu. Sonradan ortaya çıxan və qazax, qırğız, tatar, başqırd, qaraqalpaq, noqay, özbək dilinin qıpçaq dialekti, qumuq, qaraçay-balkar dilləri qıpçaq ləhcəsi əsasında formalaşmışdır.
Qıpçaqlar, həmçinin Azərbaycan xalqının etnogenezinə də öz töhfələrini vermişlər.
Qədim türk xaqanlıqları dövründə onların nəzarəti altında olan ərazilərdə müxtəlif dillərdə danışan bir çox xalqlar: türklər, monqollar, çinlilər, toharlar, soqdilər, baktriyalılar, hindlilər, farslar, Qafqaz xalqları, yunanlar, slavyanlar və onlarla başqa tayfa və millətlər yaşamışdır. Fərqli mədəniyyətlərə sahib olan toplumların bir dövlətdə yaşaması onların ortaq dəyərlərinin meydana çıxmasına zəmin yaratmışdır. Bu dövrdə yüzlərlə soydan ibarət olan və əsasən Mərkəzi Asiyada yaşayan türklər üstünlük təşkil edən qrup kimi ətraf bölgələrə yayılmağa başlamışdılar. Bir çox türk tayfaları Şimali Hindistana, Xorasana, Qafqaza və Qara dəniz sahillərinə köç edərək bu yerlərdə özlərinə yeni vətən tapmışlar.