İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
59
VIII-XIII əsrlər Xilafətin Mərkəzi Asiyanın müəyyən bir hissəsində hökm sürdüyü dövrdür. Bu dövrdə əvvəl Əməvilər, sonra da Abbasilər sülalələri hakimiyyətdə olmuşdur. VII əsrin birinci yarısında Ərəbistan yarımadasında meydana gələn islam dini qısa müddətdə ətraf ölkələrə sürətlə yayılmışdı.
VII əsrin ortasından VIII əsrin ortasına qədər olan dövrdə ərəb qoşunları Buxara, Səmərqənd, Çaç (Daşkənd), Fərqanə və İsficabı (Sayram) ələ keçirmişdilər.
VIII əsrin əvvəllərində şərqdə Çinlə həmsərhəd olan Göytürk xaqanlığının qərbdəki sərhədlərinə nəzarəti zəifləmişdi. Bu isə Xilafətin onların ərazisinə doğru sürətlə irəliləməsinə imkan yaratmışdı.
Türkeş hökmdarı Sulu xaqan (715-738) ərəblərə hücum edərək 731-ci ildə onları Mavəraünnəhrdən sıxışdırıb çıxarmağa nail olmuşdu, lakin 738-ci ildə onun ölümündən sonra bölgədə islamın yayılmasına qarşı dayanacaq siyasi güc qalmamışdı.
Ərəblərlə çinlilər arasındakı Talas döyüşündə (751-ci il) Qarluq türklərinin müsəlmanları dəstəkləməsi nəticəsində Çin