İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
71
Volqa Bulqar dövlətinin əhalisi türk etnosları olan hunlar, bulqarlar, xəzərlər və suvarlardan ibarət idi. Onların sonralar çuvaşlar, tatarlar, başqırdlar və Şimali Qafqaz türk xalqlarının (qaraçaylılar, balkarlar, qumuqlar) formalaşmasında böyük rolu olmuşdur.
Volqa bulqarları dövründə şəhər mədəniyyəti inkişaf etmişdi. İpək yolu ilə şimalda slavyan torpaqlarına, şərqdə Sibirə aparılan malların növləri çoxalmışdı, ticarət xeyli canlanmışdı.
Volqa Bulqar dövlətində bir çox müsəlman-türk alimləri yaşayıb-yaratmışdı. Bu dövrdə Şair Qul Əli (1174-1248) tərəfindən türkcə yazılan “Qisseyi-Yusif” əsəri əsrlər boyu nəinki öz vətənində, hətta Mərkəzi Asiya türkləri arasında məşhur olmuşdur. Xüsusilə tatarlar, başqırdlar, özbəklər, türkmənlər və digər türk xalqları tərəfindən son əsrlərə qədər bu əsərin tərcüməsiz oxunması o dövrdəki türk dilinin və türk ədəbi ənənələrinin ortaq olduğunun göstəricisidir.
Qəznəvi dövləti X-XII əsrlərdə mövcud olmuşdur. Qəznəvilərdən əvvəl Xorasan və Mavəraünnəhrdə Samanilər dövləti mövcud idi. Samanilərin tərkibinə Xorasan, Mavəraünnəhr və Yeddisunun qərb bölgələri (Taraz və onun ətrafları) daxil idi. Samanilərin hakimiyyəti dövründə