İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
73
və dövlətin paytaxtı Qəznə şəhərini ələ keçirdilər. Bundan sonra Qəznəvilər Lahora (Pakistan) çəkilərək öz səylərini Hindistanın içəri bölgələrində islamı yaymağa yönəltmişlər. Sonuncu Qəznəvi hökmdarı Xosrov Məlikin (1160 1186) Gurlular tərəfindən 1187-ci ildə əsir götürülməsindən sonra Qəznəvilər dövlətinin mövcudluğuna birdəfəlik son qoyulmuşdur.
Qəznəvilər sülaləsinin ən məşhur hökmdarı Sultan Mahmud Hindistana çoxlu sayda yürüşlər təşkil etmiş və burada islam dinini yaymağa çalışmışdır. Məhz bu səbəbdən onun islam ölkələrində şöhrəti artmışdır. Ədəbi və tarixi əsərlərdə onu əsrlər boyu “Hindistanın fatehi” kimi tərənnüm etmişlər. Hindlilər Qəznəvilər sayəsində türkləri daha yaxından tanımağa başlamışlar.
Bu dövlət XI-XII əsrlərdə mövcud olmuşdur. Başlanğıcda bir hökmdarın hakimiyyəti altında olan Səlcuqlu dövləti daha sonra Kirman Səlcuqluları, Suriya Səlcuqluları, Anadolu Səlcuqluları kimi eyni sülalənin müxtəlif qolları tərəfindən idarə olunmuşdur. Səlcuqlu dövlətinin sərhədləri Yaxın Şərq (İordaniya, Suriya, İraq) və Anadoludan Şərqi Türküstana (Qaşqar) qədər uzanmışdı.
Səlcuq bəy Oğuz Yabqu dövlətinin sərkərdəsi idi. Sonralar yabqu ilə anlaşa bilmədiyinə görə ona sadiq olan bir qrupla mərkəzdən ayrılıb Cənt şəhərində yerləşdi.
Əbu Reyhan əl-Biruni
Qəznəvilər Hindistanın islamlaşmasında böyük rol oynamışlar. Şərqin böyük mütəfəkkirlərindən olan Əbu Reyhan əl-Biruni Qəznəvilərin himayəsində bir çox elmə dair araşdırmalar aparmışdır. Qəznə şəhərində Biruni özünün Hindistan haqqında məşhur “Hindistan” əsərini yazmışdır. O həm də Hindistanda yaşayan türklərə dair dəyərli məlumatlar vermişdir. Xüsusilə Kəşmir və onun ətrafını “Türk yurdu”, “Türklərin torpağı” kimi təsvir etmişdir.