İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
81
Yunus Əmrə
Yunus Əmrə (1240-1321) Əskişəhərdə anadan olmuşdur. Anadoluda türk şeirinin öncülü Yunus Əmrə sufi və filosof olaraq şeirlərini xalqa yaxın dildə qələmə almışdır. Bu səbəbdən onun “Divan”ında yer alan sufi şeirləri Anadolu və Balkanlarda böyük nüfuz qazanmışdır. Onun “Risalətün-Nushiyyə” adlı əsəri məsnəvi üslubunda yazılaraq din, sufilik və əxlaq mövzularını əhatə edir və “Nəsihətlər kitabı” mənasını daşıyır. Yunus Əmrənin şeirləri mövzu, forma və dil üslubu baxımından Mərkəzi Asiya və Ural-Volqa türkləri arasında yayılmış xalq ədəbiyyatına yaxındır.
Anuştiginlər dövləti kimi də tanınan Xarəzmşahlar dövləti XI-XIII əsrlərdə mövcud olmuşdur. Bu dövlətin əsasını əvvəllər Səlcuqlulara sərkərdələr kimi xidmət edən türkəsilli Anuştiginlər sülaləsinin nümayəndələri qoymuşlar.
Xarəzmşahların müstəqilliyi türkəsilli Anuş tiginin hakimiyyəti dövründən başlayır. 1128-ci ildə Xarəzmə vali təyin edilən Atsızın dövründə Anuştiginlər tam müstəqil idarəçilik yolunu seçmişdilər. 1142-ci ildə Atsız Xorasana hücum edərək Mərv və Nişapuru ələ keçirmişdi.
Atsız və İl Arslanın (1156-1172) hakimiyyəti dövründə Xarəzmşahlar həm İraq Səlcuqlularına, həm də qarakitaylara qarşı mübarizə aparmışdılar. 1157-ci ildə Sultan Səncərin ölümündən sonra Xarəzmşahlar dövləti müstəqil olduğunu elan etdi.
Xarəzmşahların dövlətinin yüksəlişi Əlaəddin Təkəş (1172 1200) dövründə olmuşdur. Xarəzmşah Əlaəddin Təkəş özünü Səlcuqluların varisi sayırdı və Səncər titulunu götürmüşdü. Təkəşin oğlu Əlaəddin Məhəmmədin (1200-1220) hakimiyyəti dövründə Xarəzmşahlar dövləti Xorasan, Mavəraünnəhr,