TÜRK-MONQOL DÖVLƏTLƏRİ
89
XIII-XIV əsrlərdə mövcud olmuş bu dövlətin qurucuları dünya tarixində Çingiz xan adı ilə tanınan Timurçin və onun törəmələri idi. Ən qüdrətli dövründə bu imperiya Monqolustan, Çin, Koreya, Cənubi Sibir, Mərkəzi Asiya, İran, Kiçik Asiya, Qafqaz və Şərqi Avropanı əhatə etmişdir.
XIII əsrin əvvəllərində indiki Monqolustanın ərazisində türkdilli nayman, kerey (kereyit), cəlairi, konqurat, monqol, tatar xanlıqları və siyasi birlikləri vardı. Kiyat monqol tayfasına mənsub olan Timurçin bu siyasi qurumları ləğv edərək 1206-cı ildə Çingiz xan ləqəbi ilə Onon və Kerulen çayları arasındakı bölgə üzərində öz hakimiyyətini qurmuşdu. 1207-1208-ci illərdə onun böyük oğlu Cuci Yenisey bölgəsini, Cənubi Sibiri, Turfanı, həmçinin Çinin şimal və qərb hissələrini ələ keçirmişdi. Şərqi Türküstan (indiki ÇXR-in SUMR-u) və Yeddisunu tutduqdan sonra Çingiz xan Mərkəzi Asiyanın başqa bölgələrini də öz ərazilərinə qatmaq üçün hazırlıq işləri görməyə başlamışdı. “Otrar faciəsi” adı ilə tarixə düşmüş hadisə bu planın həyata keçirilməsi üçün bir bəhanə olmuşdu. 1218-ci ildə Çingiz xanın