94
TÜRK-MONQOL DÖVLƏTLƏRİ
Bu əsər ilk türk-Avropa dilləri lüğəti kimi tanınmaqla bərabər, qədim qıpçaq türk dilinin inkişaf etmiş ədəbi bir dil olduğunu təsdiq edir.
“Codex Cumanicus” əsərinin əhəmiyyətini müzakirə edin.
Cığatay xanlığı əvvəllər Çingiz xanın monqol imperiyasının tərkibində idi. Xanlıq ticarət şəhərlərində yaşayan oturaq xalqların məskunlaşdığı Yeddisu, Şərqi Türküstan və Mavəraünnəhr kimi əkinçilik üçün əlverişli olan bölgələrdən ibarət olmuşdur. Çingiz xan ölümündən əvvəl bu əraziləri oğlu Cığataya vermişdi. Cığatayın həmin torpaqlarda 1227-ci ildə əsasını qoyduğu xanlıq 1370-ci ildə Teymur tərəfindən dağıdılana qədər varlığını qoruyub saxlamışdır.
1242-ci ildə Cığatay xanın ölümündən sonra onun varisləri Mərkəzi Asiyanın şimal-şərq bölgələrini əhatə edən Monqol imperiyasına qarşı mübarizəyə başlamışdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı olmuşdur. Cığatay dövləti ən parlaq dövrünü Kebek xanın (1320-1326) hakimiyyəti dövründə yaşamışdır. Kebek xan köçəri həyatdan imtina edərək özünə Karşı şəhərində saray tikdirmiş və oturaq həyat tərzinə