Cənubi Azərbaycanda əhalinin çıxışlarına
əsas siyasi orqan olan İran Demokratik
Firqəsinin (Partiyasının) (İDP) Əyalət Komitəsi
istiqamət verirdi. Fevral inqilabı baş
verərkən Azərbaycan Əyalət Komitəsi
İDP-nin nəzərəçarpacaq dərəcədə fəaliyyət
göstərən yeganə təşkilatı idi. Komitəyə Şeyx
Məhəmməd Xiyabani başçılıq edirdi. Fevral
inqilabının qələbəsi xəbəri İDP-nin
Azərbaycan Əyalət Komitəsinin işini də canlandırdı.
Azərbaycan Əyalət Komitəsi təşkilatın
mətbuat orqanı kimi “Təcəddüd” qəzetini
nəşr etməyə başladı. Bu mətbuat orqanı
fars dilində nəşr edilir, nüsxələri Tehrana və
ölkənin başqa şəhərlərinə də göndərilirdi.
1917-ci il avqustunda Təbrizdə İDP-nin
Əyalət Komitəsinin konfransı açıldı. Konfrans
Azərbaycan Demokratik Partiyasının
yaradıldığını elan etdi. Xiyabani başda
olmaqla onun Mərkəzi Komitəsi seçildi.
Bəhs olunan dövrdə baş verən hadisələri
1905–1911-ci illər “Məşrutə” hərəkatı ilə
müqayisə edin və cədvəl hazırlayın.