İkinci dünya müharibəsi, Bakı nefti, “Edelveys”
planı, Sovet İttifaqı Qəhrəmanı, Milli
diviziyalar, H.Aslanov, partizan hərəkatı
”F
aşizm üzərində qələbə üçün Azərbaycanın
etdiklərini, bəlkə də, heç bir respublika
etməmişdir”.
SSRİ-nin keçmiş neft sənayesi naziri Nikolay
Baybakov, “Xalq qəzeti”, 10 mart 1999-cu il
İkinci dünya müharibəsi və Azərbaycanın
geosiyasi mövqeyi. 1939-cu ilin sentyabrın
da Almaniyanın Polşaya hücumu ilə
İkinci dünya müharibəsi başlandı. Müharibənin
əvvəlində SSRİ ilə Almaniya müttəfiq
idi.
İkinci dünya müharibəsi Azərbaycan sərhədlərindən
çox uzaqlarda başlansa da,
onun elə ilk günlərindən neft Bakısı böyük
diqqət mərkəzində idi. Həmin dövrdə SSRİ
ilə Almaniya arasında bir-birinə hücum etməməklə
bağlı paktın (1939) bağlanması
Fransa və İngiltərəni daha çox narahat
edirdi. Dünya mətbuatında SSRİ-nin Almaniyanı
Bakı nefti ilə təmin etməsi haqqında
yazılar verilirdi. Almaniya Bakı neftinə də
nəzarət edə bilsə idi, Fransanı və İngiltərəni
müharibədə tez məğlub etmək imkanı qazanacaqdı.
Bütün bu səbəblərə görə İngiltərə
və Fransa Bakıya zərbə endirmək
planı hazırlamağa başladı.
Fransa hərbi dairələri 1940-cı ildə öz hökumətinə
təqdim etdiyi məruzədə qeyd
edirdi ki, Sovet İttifaqının neftinin 75 faizini