Sumqayıt, Mingəçevir, Bakı metropoliteni,
deportasiya, İ.D.Mustafayev, V.Y.Axundov,
Milli Azərbaycan Qərargahı
İ
kinci dünya müharibəsi başa çatsa da,
ölkədə totalitar rejim davam edirdi. Yalnız
Stalinin ölümündən sonra bu rejimdə yumşalmalar
baş verdi, bir çox insanlar bəraət
aldı. Azərbaycanda sənayenin inkişafı,
Sumqayıt, Mingəçevir kimi yeni sənaye
mərkəzlərinin salınması, əhalinin sosial
rifahının yaxşılaşması, eləcə də azərbaycanlıların
öz tarixi yurdlarından deportasiya
olunması İkinci dünya müharibəsindən
sonrakı dövrə təsadüf edir.
İqtisadi inkişaf. İkinci dünya müharibəsi
ölkənin təsərrüfatına ağır zərbə vurdu. Müharibədə
Azərbaycanın sənaye istehsalının
göstəriciləri kəskin surətdə aşağı düşdü. Sənayenin
ümumi məhsulu 1940-cı illə müqayisədə
22% az idi. Neft hasilatı, təqribən, yarıbayarı
azalmış, istehlak mallarının istehsalı
kəskin surətdə enmiş, kənd təsərrüfatının
maddi-texniki bazası zəifləmişdi.
İşğal olunmuş sovet əraziləri azad olunduqca
respublikada xalq təsərrüfatı bərpa
edilirdi. Xəzər dənizində neftçıxarma sənayesinin
iqtisadi cəhətdən səmərəsiz olması
iddialarına baxmayaraq, Azərbaycan alimlərinin,
neftçilərinin gərgin əməyi sayəsində