Xocalı soyqırımı (genosid), repressiya, stereotip,
“Xocalıya ədalət” kampaniyası
Ö
z tarixində dəfələrlə ermənilər tərəfindən
soyqırımına məruz qalan Azərbaycan
xalqı 1992-ci ilin fevralında Xocalıda
növbəti faciə ilə üzləşdi. Bu zaman əsrin ən
dəhşətli hadisələrindən biri baş verdi və
ölkənin tarixinə qara hərflərlə yazıldı.
Xocalı soyqırımının səbəbləri. Xocalı
Xankəndidən 10 kilometr şimal-şərqdə,
Ağdam- Şuşa və Əsgəran-Xankəndi yollarının
üzərində yerləşir. Dağlıq Qarabağ münaqişəsinin
ilk günlərindən etibarən Xocalı
diqqət mərkəzində idi. Ermənistanda repressiyaya
məruz qalaraq öz doğma torpaqlarından
qovulan 1500 azərbaycanlı və
Fərqanədən (Özbəkistandan) gəlmiş 495
Axıska türkü məhz Xocalıda məskunlaşmışdı.
Həmin dövrdə Xocalıya qayğı göstərilirdi.
Hələ 1988-ci ilin oktyabrında Azərbaycan
hökuməti Xocalının sosial inkişafına
dair xüsusi qərar qəbul etmişdi. Həmin qərara
görə respublikanın müxtəlif rayonlarından
Xocalıya tikinti materialları, işçi qüvvəsi
göndərilir, şəhər sürətlə tikilir və genişlənirdi.
Xankəndidən qovulan 18 min azərbaycanlının
da bir qismi Xocalıya pənah gətirmişdi.
Ermənistan tərəfindən işğal
olunmazdan əvvəl bu şəhərin əhalisinin
sayı 7000 nəfərə çatmışdı. Ermənilər Xocalı
aeroportu vasitəsilə Xankəndinə hərbi sursat
daşıyırdılar. Xocalı polisi fədakarlıq
edərək bunun qarşısını tədricən alırdı. Belə
ki sərnişin reyslərindən başqa, heç bir yük