Heydər Əliyev, Muxtar Respublika, blokada,
Yeni Azərbaycan Partiyası, Milli Qurtuluş
A
zərbaycan xalqının
böyük oğlu,
Ümummilli lider Heydər Əliyevin respublika
rəhbərliyinə qayıdışı, xalqın gözlədiyi
kimi, ölkənin ən mühüm sahələrdə
ciddi irəliləyişinə səbəb oldu və vətəndaş
müharibəsinin qarşısını aldı. Azərbaycan
xalqı haqlı olaraq onun ölkəyə yenidən rəhbərlik
etməsinə Milli Qurtuluş adı verdi.
Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti.
Naxçıvan MR Ali Məclisinin sədri Heydər
Əliyev Muxtar Respublikaya olduqca çətin
bir şəraitdə başçılıq edirdi. Ermənistan Naxçıvana
gedən yolları bağlayaraq onu blokadada
saxlayırdı. 1992-ci il mart ayında
Heydər Əliyevin Süleyman Dəmirəllə görüşündən
sonra Türkiyə Naxçıvana ərzaq,
toxum, avadanlıq göndərdi. Enerji çatışmazlığını
aradan qaldırmaq üçün Naxçıvan
MR Türkiyənin elektrik şəbəkəsinə qoşuldu.
1992-ci ilin mayında Türkiyə ilə sərhəddə
Sədərək- Dilucu “Ümid” körpüsü açıldı.
1992-ci ilin avqustunda Heydər Əliyev İranın
prezidenti ilə görüşdü və Naxçıvanın bir sıra
ehtiyaclarının ödənilməsi ilə bağlı razılaşmalar
əldə etdi. Naxçıvan ərazisini İranla
birləşdirən yeni körpü açıldı, İrandan elektrik
enerjisi alınmağa başlandı.
Ümummilli liderin Rusiya Federasiyasının
Müdafiə Nazirliyi, Cənubi Qafqaz Hərbi Dairəsinin
rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində
Naxçıvanda yerləşən 75-ci diviziyanın
ləğv edilməsi və onun bütün
əmlakının Azərbaycan Respublikasına verilməsi