Milli Elmlər Akademiyası, Dövlət İmtahan
Mərkəzi, TÜRKSOY, UNESCO, ISESCO
A
zərbaycan xalqı öz qədim və zəngin
mədəniyyəti ilə dünya miqyasında tanınır.
Müstəqil Azərbaycan Respublikasının
mövcud olduğu müddətdə də mədəniyyətin
müxtəlif sahələrində ciddi irəliləyişlərə
nail olunmuşdur.
Müstəqillik dövrünün bir sıra çətinliklərinə
baxmayaraq, mədəniyyətin müxtəlif
sahələrində inkişaf müşahidə olunurdu.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə xalqının tarixi
keçmişinə, zəngin mənəvi dəyərlərinə,
maddi- mənəvi irsinə, incəsənətinə öz qayğısını
əsirgəməmişdir. Xalqın mənəviyyatını
zənginləşdirən, onu bütün dünyada tanıdan
milli mədəniyyətin hərtərəfli inkişafı, yüksəlişi
daim onun diqqət mərkəzində olmuşdur.
İlham Əliyevin Azərbaycan Respublikasına
rəhbərlik etdiyi illərdə də mədəniyyətin inkişafı
böyük vüsət tapmış, ən müxtəlif
sahələrdə ciddi nailiyyətlər əldə edilmişdir.
2004-cü ildə Ulu öndər Heydər Əliyevin xatirəsinə
xalqın ehtiramını ifadə etmək,
onun zəngin mənəvi irsini əks etdirmək,
azərbaycançılıq fəlsəfəsinin ölkə üçün əhəmiyyətini
vurğulamaq, milli dövlətçilik ideyalarını
yeni nəsillərə aşılamaq məqsədilə
Heydər Əliyev Fondu yaradıldı. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın başçılıq etdiyi
bu qurum təhsil, səhiyyə, mədəniyyət,