Valday, “Qarabağ Azərbaycandır!”, erməni
təxribatı, Tovuz döyüşləri, Polad Həşimov,
İlqar Mirzəyev
A
zərbaycan ordusunun
Aprel döyüşlərində
və Günnüt əməliyyatındakı
uğurları Ermənistanda böyük əks-sədaya
səbəb olmuşdu. İşğalçı ordunun bir neçə
yüksək rütbəli zabiti vəzifəsindən uzaqlaşdırılmış,
bəzi vəzifəli şəxslərə qarşı isə cinayət
işi qaldırılmışdı. Lakin bu kimi tədbirlər
də mövcud rejimi xilas edə bilmədi.
2018-ci ilin yazında Soros fondunun və xaricdəki
erməni lobbisinin dəstəyi ilə Ermənistanda
çevriliş baş verdi, hakimiyyətə
Qarabağ cinayətlərində birbaşa əli olmayan
qüvvələr gəldi. Bu, sülh danışıqları prosesinin
sürətlənəcəyinə müəyyən ümidlər
yaratdı. Lakin hadisələrin sonrakı inkişafı
bunun əksini sübut etdi.
Zəfərə aparan yol. Azərbaycan Respublikasının
Prezidenti və Ali Baş Komandan İlham
Əliyev öz çıxışlarında dövlətimizin Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı
olduğunu, lakin danışıqlar daha da
uzadılarsa, işğal altında olan ərazilərimizin
Azərbaycan ordusunun hərbi yolla azad
edəcəyini dəfələrlə bəyan etmişdi. Ermənistanda
hakimiyyətə gələn yeni qüvvələr
üzdə ilk vaxtlar sülh tərəfdarı olduqlarını
elan etsələr də, tədricən təhdid ritorikasına
keçdilər. 2019-cu ilin martında Nyu-Yorkda
erməni lobbisi ilə görüş keçirən Ermənistan
müdafiə nazirinin “yeni ərazilər – yeni müharibə”
şüarını səsləndirməsi, Baş nazir
N.Paşinyanın isə Şuşada “andiçmə” mərasimi
keçirərək “Qarabağ Ermənistandır və