Baş hakim, komendant, əyalət, dairə, distansiya,
müstəmləkə siyasəti, iltizam sistemi,
xalq hərəkatı, üsyanlar
A
zərbaycanın şimal torpaqlarının istilasından
sonra çar Rusiyası burada
özünəməxsus idarə üsulu yaratdı. Komendant
idarə üsulu kimi tanınan bu işğal
rejimi Rusiyanın müstəmləkəçi maraqlarına
xidmət edirdi. Hərbçilərin başçılıq etdiyi
yeni inzibati vahidlərdə yarıtmaz idarəçilik,
özbaşınalıq, yerli əhaliyə qarşı amansız
münasibət hökm sürürdü.
Hələ I Rusiya–Qacarlar müharibəsinin
gedişində çar Rusiyası yerli xanlıqları ləğv
etməyə başlamışdı. Rus qoşunlarına şiddətli
müqavimət göstərən xanlıqların yerində
başında rus zabitinin – komendantın
durduğu idarə üsulu yaradıldı. Məsələn,
Gəncə, Dərbənd, Bakı xanlıqları məhz bu
cür ləğv edilmişdi.
1806-cı ildə işğal olunmuş Quba xanlığında
isə bir müddət yerli bəylərdən ibarət Əyalət
şurası fəaliyyət göstərmişdi. 1810-cu ildə
müstəmləkə zülmü əleyhinə burada baş
vermiş üsyan yatırıldıqdan sonra həmin
şura ləğv edildi. Rusiya idarəçiliyini “könüllü”
qəbul etməyə məcbur olmuş xanlıqların
isə taleyi bir qədər fərqli idi. Qarabağ, Şəki,
Şirvan və Lənkəran xanlıqlarında yerli
idarəçilik bir müddət saxlanılmışdı. Lakin
Cənubi Qafqazdakı rus məmurları onların
mövcudluğuna, yerli idarəçiliyin qalmasına
uzun müddət dözmək fikrində olmadıqlarını
tezliklə büruzə verdilər. 1819-cu ildə
sonuncu Şəki xanı İsmayıl xan zəhərlənərək
öldürüldü və xanlığın varlığına son qoyuldu.
1820-ci ildə Şamaxı, bundan iki il sonra isə
Qarabağ xanlığı ləğv edildi. Rusiyaya
sədaqəti ilə seçilən Lənkəran xanlığını da
eyni aqibət gözləyirdi. Yüksək rütbəli rus
məmurlarının xüsusi göstərişi və bunu
yerinə yetirən komendantın təzyiqi nəticəsində
1826-cı ildə Mirhəsən xan da xanlığı
tərk etməyə məcbur oldu. Beləliklə, Lənkəran
xanlığının varlığına son qoyuldu. Bu
tədbirlərlə çar Rusiyası XIX əsrin əvvəllərində
imzalanmış müqavilələrin xanlıqların
işğalı prosesində həyata keçirilmiş taktiki
addım olduğunu bir daha əyani şəkildə
nümayiş etdirdi.
Sizcə, daxili müstəqilliklərini qoruyan və
onsuz da Rusiyanın himayəsində olan xanlıqların
ləğv edilməsi hansı məqsədi daşıyırdı?
1828-ci ilin martında daha bir tarixi haqsızlıq
baş verdi. Çar I Nikolayın fərmanı ilə
Naxçıvan və İrəvan xanlıqlarının torpaqlarını
əhatə edən qondarma “erməni vilayəti”
yaradıldı. Bu addım həmin xanlıqların
rəsmən ləğv olunması ilə yanaşı, gələcəkdə
tarixi Azərbaycan torpaqları hesabına
erməni dövlətinin təşkilinə zəmin hazırladı.
Beləliklə, rus işğalından sonra keçən qısa
zaman ərzində yerli idarəetmə sistemi
bütünlüklə yeni hərbi idarə üsulu ilə əvəz
edildi. Onun yerində rus zabitləri – komendantlar
tərəfindən idarə olunan əyalətlər,