Qarabağda quruculuq, Güləbird SES, Zəfər
yolu, Füzuli və Zəngilan aeroportları, Molla
Pənah Vaqifin məqbərəsi, Zəfər Günü,
Anım Günü, Ağalı kəndi, Böyük Qayıdış
Azərbaycan Respublikasının Prezidenti müharibə
bitdikdən sonra işğaldan yenicə
azad edilmiş torpaqlara bir neçə dəfə səfərlər
etdi, orada yeni layihələrin təməlini
qoydu. 2021-ci ilin yanvarında Qarabağ Dirçəliş
Fondu yaradıldı.
2021-ci il yanvarın 11-də Moskvada Rusiya
Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə,
Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyan arasında
üçtərəfli görüş keçirildi. Görüşün yekunu
olaraq imzalanmış Bəyanatda
nəzərdə tutulurdu:
– Rusiya Federasiyasının Prezidenti V.V.Putinin
Azərbaycan Respublikasının, Ermənistan
Respublikasının Baş nazirləri müavinlərinin
və Rusiya Federasiyası
Hökumətinin sədr müavininin birgə həmsədrliyi
ilə üçtərəfli İşçi qrupu yaradılması
barədə təklifi dəstəklənir.
– İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını
keçirməli, bu iclasın nəticələrinə görə
Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından
irəli gələn işlərin əsas istiqamətlərinin
siyahısı formalaşdırılmalı, prioritet qismində
dəmir yolu və avtomobil yolları
müəyyən edilməlidir.
Prezident İlham Əliyev Moskva görüşündən
sonra qeyd etmişdir: “Dağlıq Qarabağ münaqişəsi
keçmişdə qalıb və biz gələcək
barədə, qonşular kimi birlikdə necə yaşamaq,
nəqliyyat arteriyalarının açılması
məsələlərini həll etməyə necə çalışmaq və