mülkiyyəti hüququna, öz kəndliləri üzərində
hakimiyyətə malik olsalar da, dövlətin
inzibati- idarə işlərindən kənarlaşdırılmışdılar.
Siyasi hakimiyyət və idarəçilik hüququ
yalnız zadəgan əsilli rus məmurlarına məxsus
idi. Rusiya Azərbaycandan xammal
mənbəyi və rus mallarının satış bazarı kimi
istifadə etdiyindən sənətkar və tacir təbəqələrinin
də vəziyyəti qənaətbəxş deyildi.
Sənaye istehsalının genişlənməsi sənətkarlığın
bir sıra sahələrinin tənəzzülünə səbəb
olurdu. Rus işğalı Şimali Azərbaycan tacirlərinin
Şərq ölkələri ilə ənənəvi ticarət
əlaqələrinin qırılması ilə nəticələnmişdi.
İslahatlar ərəfəsində Azərbaycan kəndliləri
arasında narazılıqlar çoxalmaqda idi. Buna
səbəb yerli zadəgan-feodalların (bəy, ağa)
vergiləri artırması idi. Dövlət idarəçiliyindən
və hərbi gəlirlərdən məhrum edilmiş azərbaycanlı
zadəganlar əmtəə-pul münasibətlərinin
genişləndiyi şəraitdə sənaye istehsalı
olan malları əldə etmək üçün vergiləri qaldırırdılar.
Azərbaycanda XIX əsrin I və II yarısında olan
sosial təbəqələr arasında fərqli cəhətləri müəyyən
edin.
***
Xanlıqlar dövründəki təbəqələşmə ilə Rusiyanın
işğalından sonrakı dövrdə olan təbəqələşmə
arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirin.