İslahatdan sonra Azərbaycanda kənd təsərrüfatının
əsas sahələri yenə də əkinçilik və
maldarlıq idi. Əkinəyararlı torpaqların əksər
hissəsində taxıl (dənli bitkilər) əkilirdi. Taxıl
məhsullarının istehsalına görə daha çox Yelizavetpol
quberniyası fərqlənirdi. XX əsrin
əvvəllərində əmtəəlik taxılın çox hissəsi qolçomaq
təsərrüfatlarının payına düşürdü.
Maldarlıq da ənənəvi sahələrdən biri kimi
fərqlənirdi. Bu sahədə əsas yeri köçmə-yaylaq
maldarlığı tuturdu. Qoyunçuluq daha
geniş yayılmışdı. Yuna olan tələbat zərif
yunlu qoyun cinsinin saxlanılmasına üstünlük
verirdi.
Kənd təsərrüfatında əsas yenilik texniki bitkilərin
(pambıq, tütün və s.) becərilməsinin
artması idi. Bu bitkilərin əkilməsinin genişlənməsi
onlara tələbatın çoxalması və bu
sahədə sənaye müəssisələrinin yaranması
ilə bağlı idi. Rusiyada toxuculuq sənayesinin
inkişafı pambığa ehtiyacı artırmışdı. Tütün
becərilməsi XIX əsrin ortalarından genişlənmişdi.
Əvvəllər yerli tütün növləri əkilsə də,
sonradan Osmanlı dövlətindən gətirilən
növlərə də üstünlük verilirdi. Tütün plantasiyalarının
əsas hissəsi Zaqatala dairəsində,
Şəki və Quba qəzalarında cəmləşmişdi.
Tütün bitkisi Azərbaycana nə vaxt və kimlər
tərəfindən gətirilmişdir?
XIX əsrin son onilliklərindən başlayaraq şərab
istehsal edən müəssisələrin yaranması
üzümçülük təsərrüfatının inkişafına səbəb