Bakı nefti, Tatar Süvari Alayı, çarın yavəri,
Georgi silahı, qaçqınlar, Bakıda “Qadınların
qiyamı”
D
ünyanın
böyük dövlətlərinin hakim dairələrində
on illərlə müzakirə olunan
geniş işğalçılıq planları digər xalqların və
ölkələrin bölüşdürülməsini, onların hüquqlarının
tapdanmasını, sərvətlərinin talan
edilməsini, sərhədlərinin dəyişdirilməsini
nəzərdə tuturdu. Birinci dünya müharibəsi
dünyanın əksər xalqlarının, o cümlədən
azərbaycanlıların da tarixində mühüm dəyişikliklərin
baş verməsinə səbəb oldu.
Müharibənin ilk illərində çar Rusiyasının
müstəmləkə əyaləti olan Şimali Azərbaycan
son ilində artıq müstəqil milli dövlətə
çevrilmişdi.
Şimali Azərbaycan vuruşan böyük dövlətlərin
hərbi-siyasi planlarında. Antanta hərbi-
siyasi ittifaqının üzvü qismində müharibəyə
qoşulan Rusiyanın müstəmləkə
əyaləti olan Şimali Azərbaycan 1917-ci ilin
sonlarına kimi Böyük Britaniya və Fransanın
müharibə planlarında xüsusi yer
almamışdı. Lakin zəngin faydalı xammal yataqlarına,
təbii sərvətlərə malik olan və mühüm
coğrafi-strateji mövqedə yerləşən Cənubi
Qafqazın, xüsusilə Rusiyada hasil olan
bütün neftin 83%-ni verən Bakının düşmən
dövlətlərin nəzarətinə keçməməsi üçün
Böyük Britaniya müharibənin sonlarında
bölgədə fəal hərbi-siyasi tədbirlər həyata
keçirmək məcburiyyətində qaldı. Bakını ələ
keçirəcək istənilən dövlətin həm də Xəzər