nin genişlənməkdə olan “etnik təmizləmə”
fəaliyyəti insanlığa sığmayan cinayətlərlə
müşayiət olunurdu. Erməni siyasi qüvvələri
sovet Rusiyası dünya müharibəsindən çıxdıqdan
sonra bütün səylərini Cənubi
Qafqaza yönəltmişdilər.
Təkcə 1918-ci ilin martına kimi İrəvan quberniyasında
200-ə yaxın müsəlman kəndi
qarət olunaraq məhv edilmişdi. Quberniyada
sayca çox olan müsəlmanların qovulub
çıxarılması gələcəkdə burada erməni
dövlətinin yaradılması üçün məqsədyönlü
tədbir idi. Azərbaycanlıların erməni basqınları
qarşısında silahsız qalmaları ilə əlaqədar
üzləşdikləri faciələrə görə həm Komissarlıq,
həm də daha sonra onu əvəz edən Seym
məsuliyyət daşıyırdı. Azərbaycanlıların milli
təşkilatlarını dövlət maraqlarına laqeydlikdə
ittiham edən Rusiya partiyaları erməni siyasi
qüvvələrini müdafiə edirdi. Bu isə
Azərbaycanın müsəlman əhalisinə qarşı
törədilmiş erməni vəhşilikləri haqqında məlumatın
ölkə hüdudlarından kənara çatdırılmasına
mane olurdu.
Azərbaycanın dinc əhalisinə qarşı erməni quldurlarının
törətdiyi vəhşilikləri dünyada baş vermiş hansı
hadisələrlə müqayisə etmək olar?
Azərbaycanlıların milli muxtariyyətə meyilli
olmaları, milli siyasi qüvvələrin arxasınca
getmələri bölgəni sovetləşdirmək istəyən
bolşevikləri və bu torpaqlara göz dikən erməni
quldurlarını hiddətləndirirdi. Davamlı
erməni basqınlarından qurtulmağa çalışan
ölkə əhalisi üzləşdikləri faciələrin tez bir zamanda