Qafqazda, o cümlədən Azərbaycanda fəal siyasət
yürütmək imkanından məhrum etmişdi.
Həmin dövrdə Qacarlar dövlətindəki
siyasi qeyri-sabitlik də Rusiyanın regionda
irimiqyaslı hərbi əməliyyatlar aparması üçün
əlverişli şərait yaradırdı. Digər tərəfdən,
Azərbaycanın parçalanmış vəziyyətdə olması,
xanlıqlararası çəkişmələr xalqın müqavimət
gücünü zəiflətmişdi
Rusiya Yaxın Şərqdə əsas rəqibləri olan
Böyük Britaniya və Fransa kimi güclü Avropa
dövlətlərinin fəaliyyətindən də ciddi
narahatlıq keçirirdi. Qacarlar dövlətinin
Böyük Britaniya ilə yaxınlaşması, zəruri
olarsa, bu dövlətdən hərbi və maliyyə yardımı
almağı nəzərdə tutan saziş imzalaması
Rusiyanın Cənubi Qafqazla bağlı planlarına
böyük zərbə ola bilərdi.
Cənubi Qafqazın, o cümlədən Azərbaycanın
şimal torpaqlarının o dövrdə beynəlxalq
münasibətlərdəki rolunu və əhəmiyyətini
araşdırın.
Regionda öz maraqları olan dövlətlərin
qüvvələr nisbətini müqayisə edərək hansı
dövlətin Azərbaycan üçün daha çox təhlükə
törətdiyini müəyyənləşdirin.
Kartli-Kaxetiya şahzadələrinin bəzi Azərbaycan
xanları və Qacarlarla əlaqələr yaratması
çar sarayında narazılıqla qarşılanmışdı. Prosesləri
diqqətlə izləyən I Aleksandr 1801-ci
ilin sentyabrında verdiyi “Manifest”lə Şərqi
Gürcüstanın (Kartli-Kaxetiyanın) daxili
müstəqilliyini ləğv etdi. Onun tabeliyində
olan Borçalı, Pəmbək, Qazax və Şəmşəddil