İkinci dünya müharibəsi dünyanın sonrakı siyasi vəziyyətinə böyük
təsir göstərdi. Bu, müstəmləkəçilik sahəsində xüsusilə müşahidə
edildi. Həmin ərazilərdə xalqların azadlıq mübarizəsi gücləndi.
Müstəmləkə imperiyaları dağıldı və dünyanın müxtəlif bölgələrində
müstəqil dövlətlər yarandı. Lakin bu xalqlar sülh və sabitliyə,
iqtisadi inkişafa tam nail ola bilmədi. Müstəmləkə dövründən qalma
problemlər yeni dini, etnik və siyasi münaqişələrə səbəb oldu.
İkinci dünya müharibəsində İngiltərə hökumətinin hindistanlı
əsgərləri cəbhəyə göndərməsi milli azadlıq hərəkatını gücləndirdi.
Hind milli azadlıq hərəkatının lideri
Mohandas Qandi müstəmləkəçilərə qarşı dinc
Mohandas Qandi
mübarizə kampaniyasını elan etdi. İngiltərə hökuməti müharibədən
sonra islahatlar keçirməyi vəd edərək bu mübarizəni dayandırmaq
istəyirdi. Lakin islahatlarda Hindistana müstəqillik verilməsi
nəzərdə tutulmurdu. İngiltərə hökuməti eyni zamanda ənənəvi
siyasətindən istifadə edir, milli azadlıq hərəkatını zəiflətmək
üçün Hindistanın iki böyük