DÜNYA ÖLKƏLƏRİ XIX YÜZİLLİK–XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR
Vyana konqresi, güc tarazlığı, Krım müharibəsi, Fransa-Prussiya
müharibəsi, Üçlər ittifaqı,
Antanta, Balkan müharibələri
Avropa XIX yüzilliyin əvvəllərində
Prussiya
Fransa
Rusiya
Almaniya ittifaqının
sərhədləri
Avstriya
Sardiniya
Alman dövlətləri
Xəritə əsasında XIX yüzilliyin əvvəllərində Avropadakı siyasi
vəziyyəti təhlil edin.
I NAPOLEON MÜHARİBƏLƏRİ
1804-cü ildə imperator titulunu qəbul edən
I Napoleon bütün Avropanı özünə tabe etmək istəyirdi. Buna
cavab olaraq Böyük Britaniya, Avstriya, İsveç və Rusiya ona qarşı
növbəti koalisiya (ittifaq) qurdu. I Napoleon 1805-ci ildə
Avstriya və Rusiyanı Austerlits döyüşündə məğlub etdi.
1806-cı ildə Müqəddəs Roma imperiyasına
rəsmən son qoyuldu. Sonra Prussiya məğlub edildi. I Napoleon
dövlətlərarası münasibətlərdə Vestfaliya sülhündən sonra yaranmış
status-kvoya (mövcud vəziyyətə) son qoydu.
Vestfaliya sülhü hansı xüsusiyyətlərə malik idi?
Dünyanın ən güclü dəniz donanmasına malik olan İngiltərəni məğlub
edə bilməyəcəyini anlayan Napoleon ona qarşı kontinental (qitə)
blokada tətbiq etdi. Fransadan asılı və müttəfiq dövlətlərə Böyük
Britaniya ilə ticarət əlaqələri saxlamaq qadağan olundu. I
Napoleonun hərbi strategiyası sürətli hərəkətə və qələbə üçün
qüvvələri bir cəbhədə cəmləşdirməyə