ABŞ XIX YÜZİLLİYİN BİRİNCİ YARISINDA
Amerika Birləşmiş Ştatlarının yaranmasından etibarən əsas diqqət
dövlətin bütövlüyünün qorunub saxlanılmasına yönəldildi. Buna görə
də Avropa dövlətləri ilə sülh və əmin-amanlığın davamlı olması
əsas məqsədlərdən sayılırdı.
Fransada baş verən inqilabdan sonra Avropa
dövlətlərinin koalisiyası onunla müharibəyə
başlamışdı. Hələ İstiqlaliyyət müharibəsi dövründən
ABŞ və Fransa arasında müttəfiqlik
əlaqələri davam edirdi. Buna görə də fransız
hökuməti İngiltərə və İspaniyaya qarşı müharibədə
ABŞ-dən dəstək gözləyirdi.