ABŞ prezidenti Vudro Vilsona məktub göndərərək sülh danışıqlarına
başlamağı təklif etdi. Ancaq ABŞ bu təkliflərdən imtina etdi.
Almaniya hökumətinin sülh danışıqlarına başlamaq təklifindən
ABŞ-nin imtina etməsinin səbəbini müəyyən edin.
Ölkədə yetişməkdə olan xalq kütlələrinin etirazları inqilabi
hərəkatın başlanmasından xəbər verirdi. Hökumət bu inqilabi
böhranın qarşısını almaq üçün bir sıra tədbirlər gördü. Belə ki
hökumət parlament qarşısında məsuliyyət daşımalı idi. Siyasi
məhbuslara amnistiya verildi. Ancaq görülən tədbirlər xalq
kütlələrinin etirazlarının qarşısını almaqda aciz idi.
Hökumət kütlələrin rəğbətini qazanmaq üçün Kil limanında yerləşən
hərbi dənizçiləri İngiltərə donanması ilə döyüşə çıxarmaq istədi.
Burada hökumətin məqsədi ingilislər üzərində