əhatə edən türk xalqının azadlıq mübarizəsinə general Mustafa
Kamal başçılıq edirdi. 1919-cu ilin mayında yunanların İzmirə
qoşun çıxartması M.Kamalı əməli addımlar atmağa sövq etdi. O,
Anadoluya gedərək tezliklə xarici müdaxiləçilərə və sultan
hakimiyyətinə qarşı aparılan müharibənin rəhbərinə çevrildi.
Mustafa Kamalın və onun həmfikirlərinin ilk işi milli qüvvələri
səfərbər etmək oldu. Bu məqsədlə “Hüquqların müdafiəsi” cəmiyyəti
yaradıldı. Bu cəmiyyət xalqı Mudros barışığı çərçivəsində Türkiyə
sərhədlərində azadlıq mübarizəsinə çağırdı. Sivas konqresində
müvəqqəti hökumət rolunu oynayan Mustafa Kamal başda olmaqla
nümayəndələr komitəsi seçildi. Qarşıya qoyulan məqsədləri
reallaşdırmaq yolunda kamalçıların əsas addımı 1920-ci ilin
aprelində Ankarada yeni parlamentin - Türkiyə Böyük Millət
Məclisinin (TBMM) çağırılması oldu. TBMM özünü ölkədə yeganə
qanuni hökumət elan etdi.
Kamalçıların qanunvericilik fəaliyyəti türk xalqının azadlıq
mübarizəsinin yüksəlişi ilə müşayiət olunurdu. Buna görə də
Antanta dövlətləri bu mübarizəni yatırmaq üçün müxtəlif vasitələrə
əl atırdı. Müttəfiqlər İstanbulu tutub Sivas konqresinin qərarını
təkrarlayan, “Milli and” qəbul etmiş deputatlar palatasını qovdu.
Antanta liderləri 1920-ci ilin avqustunda sultana Sevr
müqaviləsini imzalatdırdılar. Müqavilənin şərtlərinə görə Türkiyə
İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürüldü.
Ölkənin şimal-şərqi Ermənistana keçməli, cənub-şərqdə isə
ingilislərin protektaratlığı altında kürd dövləti yaradılmalı idi.
Osmanlı faktiki olaraq müstəqil dövlət kimi varlığını
dayandırırdı.
Belə bir vəziyyət TBMM hökumətini Antanta ilə mübarizə aparan
Sovet Rusiyası ilə yaxınlaşdırdı. Buna cavab olaraq 1921-ci ilin
yayında yunan qoşunları Ankaraya yaxınlaşdı. Yalnız türklərin
rəşadətli mübarizəsi nəticəsində hücumu dayandırmaq mümkün oldu.
1922-ci ilin