Deyilənə görə, dahi Üzeyir bəyin pianosu üzərində
bitməmiş bir not var. Bu, Üzeyir bəyin general Əliağa
Şıxlinskinin ömür-gün yoldaşı Nigar xanıma yazdığı
6 bəndlik “Mənim” şeirinin iki bəndinə yazılmış ro-
mansıdır.
Deyilənlərə və yazılanlara görə, Nigar xanım Əliağa
Şıxlinskinin ilk və son məhəbbəti olub.
...Kim idi bu Nigar xanım ki, “rus artilleriyasının
tanrısı” sayılan bu əfsanəvi igidin, generalın könül dün-
yasına
hakim kəsilmiş, onu ömürlük öz eşq dünyasının
“əsirinə” çevirmişdi?
Hətta övladlarının olmaması belə
bu məhəbbətə mane ola bilməmiş, onların ömür yollarını
ayırmamışdı.
Nigar xanımın atası Hüseyn Əfəndi əslən qazaxlı olsa da, Tiflisdə yaşamış və uzun illər Qafqaz Dini idarəsinin müftisi olmuşdu. Onun şeir-sənətə, maarifə meyilli bir insan olması qızı Nigarın təhsil almasında böyük rol oynamışdı. Nigarın anası Səadət xanım da dövrünün kübar qadınlarından idi.
O, Qafqaz Qadınları xeyriyyə cəmiyyətinin fəxri sədri seçilmişdi. Səadət xanım dövrünün əksər aristokrat qadınlarından fərqli olaraq övladlarının təlim-tərbiyəsi, təhsili ilə özü məşğul olmuşdu. İlk təhsilini ata-anasından alan Nigar sonra xüsusi müəllimlərindən rus, fransız, ərəb və fars dillərini mükəmməl öyrənmişdi.
1909-cu ilin 27 oktyabrında onlar ailə qururlar. Bu zaman Əliağamn 44, Nigar xanımın