Yengəclər böyüdükcə qabıqlarının içinə sığmırlar. (Ona görə, çünki) bu canlılar bizim kimi daima köçürlər. (Lakin, hərçənd) hermit yengəcləri ev axtarma prosesində daha praktiki, sosial metoddan istifadə edirlər.
Tafts Universiteti İncəsənət və Elm Fakültəsində və Yeni İngiltərə Akvariumunda fəaliyyət göstərən bioloqların apardığı bir tədqiqat hermit yengəclərinin yeni, daha yaxşı ev tapmaq üçün sosial nizamla hərəkət etdiklərini üzə çıxarıb.
Tətqiqata əsasən, tədricən böyüdüklərinə görə qabıqlarına sığmayan yengəclər daha böyük ev tapmaq üçün ilbislərin tərk etdiyi qabıqlarını axtarmağa başlayırlar. Lakin hermit yengəclərinin uyğun ev tapması o qədər də asan olmur. Çünki yengəclər evlərini diqqətlə seçirlər. Üstəlik, özlərinə uyğun ev tapmadıqda müdafiəsiz qalıb düşmənlərinin hücumlarına məruz qalma ehtimalına baxmayaraq...
Ev tapmaq yengəclər üçün çox asan deyil. Çünki həmişə kifayət qədər qabıq tapılmır və bir çox yengəc açıqda qalır. Hermit yengəcləri bu problemi “sosial nizam” əmələ gətirərək həll edirlər.