1 1807-ci ildə mühəndis mayor Xristian II Truzson Şəhərin şimal tərəfində 200 sajın ərazidə yeni qalanın salınması haqqında layihə göstərilməklə Bakı şəhərlərinin bir hissənin və ona yazın ərazilərin planı adlı yeni plan işləyib hazırladı. Bu plana əsasən şəhərin ətrafında, dəniz sahilində, boş, hamar və açıq sahədə qala tikmək nəzərdə tutulurdu. Burdan Bakı və ətrafları yaxşı görünürdü.Yeni qala 1796-cı ildə layihələndirilmiş qaladan sahəsinə görə geri qalırdı və onun təxminən dörddə bir hissəsini təşkil edirdi.
2
Dörd istehkamlı qalanın
memarlıq həlli ulduza bənzər
plan biçiminin və mövqe seçi-
minin incəliklə düşünülməsi
və
hazırlanması baxımından birin-
ci variantdan üstün idi.
Görünür
ki, II Truzson başqa məqsədlər
güdürdü.
O, hərbi-dəniz limanı
yaratmaq barədə düşünmürdü
və o vaxtın
istehkam sənətinin
bütün qaydalarına cavab verən
qala tikilməsini nəzərdə tuturdu.
Ola bilsin ki, bu qalanın kompo-
zisiya həllinə
Sankt-Peterburqdakı o zaman çox məşhur olan Petropavlov qalasının
istehkam strukturu təsir göstərmişdir.