Tikinti insanın ən qədim fəali..ət sferalarından biridir. Hələ Paleolit dövründə qədim insanlar pis hava şəraitində daldalana bilməkdən ötrü əllərinin altında olan materiallardan sığınacaqlar və yırtıcı heyvanlardan qorunmaq üçün hasarlar düzəltməyi öyrənmişdilər. Bu dövrdə hələ insanın nitq vasitəsilə ünsiyyət saxlamağa qabil şüurlu varlıq olaraq formalaşması prosesi gedirdi. İnsanlar təsərrüfatçılığın ilkin mənimsəyici formaları ilə ibtidai icmalarda birləşirdilər. Arxeoloji tədqiqat materialları sübut edir ki, insanların bu kimi ibtidai birlikləri Qarabağda (Azıx və Tağlar mağaraları), Qazaxda Aveydağda (Damcılı və Daş Salahlı mağaraları), Kəlbəcərdə (Zar mağarası), Naxçıvanda (Qazma mağarası) açıq düşərgələrdə və başqa yerlərdə məskunlaşırdılar. Qədim insanlar bu məskənləri xüsusi olaraq toplanmış iri daşlarla və heyvanların budaqlı buynuzları ilə hasara alırdılar. Azıx mağarasının V təbəqəsində yastı əhəngdaşı və maral buynuzlarından uzunluğu 4 m və hündürlüyü 30 sm olan yarımdairə formalı hörgü aşkarlanmışdır. Ehtimal ki, bu, sahəsi 15 kv m-ə yaxın olan süni qurğunun bünövrəsidir. Neandertallar mağaralarda sadəcə ümumilikdə yerləşmir, həm də onların daxilində 10-12 adamlıq “komalar” qururdular.
Azərbaycanın şərqində Xəzər dənizi sahilində, Bakıdan 60 km məsafədə dağlıq səhra bir məkanda yerləşən Qobustan özündə olduqca maraqlı və zəngin tarixi informasiyanı qoruyub saxlamışdır. Uzaq qədimlərdə Qobustanın iqlimi insanın yaşayışı üçün daha əlverişli idi. Məhz bu, eləcə də çoxlu sayda təbii qaya sığınacaqları, zəngin bitki örtüyü və heyvanlar aləmi bu diyarın hələ Paleolit......məskunlaşmasına şərait yaratmışdır.
Qobustanın ilk tədqiqatçısı İ.M.Cəfərzadə 1935-40-cı illərdə 3500 qayaüstü təsvir, eləcə də qədim insanın fəaliyyətinin digər izləri haqqında məlumatları elmi dövri..əyə