AZƏRBAYCAN MƏTBUATI
1.
SORĞU
Məktəbdə 9-11-ci siniflərdən müxtəlif şagirdləri seçməklə sorğu keçirin.
İlk növbədə, “Bu sorğunu niyə keçiririk?” sualına cavab axtarın.
Sorğu üçün suallar hazırlayın.
Sorğuya müəllimlərinizi də cəlb edin.
Alınan cavabları təhlil edin.
Nəticələri ümumiləşdirin. Sizcə, bu sorğu ilə siz nəyi müəyyənləşdirə bilə-
cəksiniz?
Sorğu üçün suallar təklif edirik:
Azərbaycan mətbuatının inkişafına hansı mətbu orqan istiqamət vermişdir?
A) “Əkinçi”
B) “Ziya”
C) “Molla Nəsrəddin”
D) .........
Ən davamlı fəaliyyət göstərən bu mətbu orqan xalqın maariflənməsində
əhəmiyyətli mövqeyə malikdir:
A) “Əkinçi”
B) “Ziya”
C) “Molla Nəsrəddin”
D) .........
Müasir qəzet və jurnallardan hansını daha çox oxuyursunuz?
(Bu adları
özünüz seçin.)
Nəticələri
diaqram şəklində
təqdim edin.
Unutmayın ki, bu diaqram bir
nümunədir. Sizin nəticələriniz
fərqli olacaq.