XX yüzilliyin əvvəlləri maarifçilik hərəka-
tının təsiri ilə Azərbaycanda yeni üsullu məktəb-
lərin
açılması, 1901-ci ildə Bakıda qız məktəbi-
nin fəaliyyətə
başlaması, qadınlar arasında təh-
silin genişlənməsi,
ictimai həyatda onların daha
çox nəzərə çarpmaları ilə əlamətdardır. Bakı və
Tiflisdə nəşr olunan qəzet-jurnallarda dövrün
qabaqcıl ziyalıları qadın azadlığı uğrunda apar-
dıqları
mübarizəni ən əvvəl onların təhsil prob-
leminin həllinə
yönəltmişdilər. Gəncə ziyalıları
Əli Razi, Əli Nəzmi və
başqaları?da
qızların
erkən yaşda ərə verilməsi kimi adətlərin ləğv
edilməsi, ailədə qadının məruz qaldığı təhqir-
lərə son
qoyulması, qadın azadlığı yolunda ma-
neələrin aradan
qaldırılması üçün mətbuatın
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə oğlanlar üçün məktəblərin açılmasına və (dünyəvi, yoxsa dünyavi) təhsilin tətbiqinə erkən yiyələnmişdi. Gəncə qəzasında ilk dövlət məktəbinin əsası 1833-cü il fevralın 18-də qoyulmuş və Azərbaycanda hökumət tərəfindən tikilib istifadəyə verilən maarif müəssisəsi kimi tarixə düşmüşdür. Lakin bu məktəb beynəlmiləl tərkibə malik idi. Buraya cəmi 38 oğlan şagird cəlb olunsa da, azərbaycanlı uşaqlarla yanaşı, rus və digər millətlərdən olan şagirdlər?də təhsil alırdılar. Yerli əhali məktəbə rəğbət bəsləyir, maddi vəsaitlə kömək edirdi.
XIX yüzilliyin ortalarında Gəncədə oğlanlar üçün xüsusi müsəlman məktəbləri fəaliyyət göstərməyə başladı. 1860-cı ildə bu məktəblərdə 200-ə yaxm şagird oxuyurdu. 60-cı ilin ortalarında isə artıq Gəncə məktəblərində 981 nəfər şagird təhsil alırdı.
Gəncə xalq maarifinin tarixini araşdıran professor S.Şükürovun yazdığına görə, 1873-cü ildə Yelizavetpolda qadm məktəbi açılmışdı. Bu məktəbin (müdirələri, yoxsa müdirləri) Mahtaba xanım və Yekaterina Vitoviç olmuşdur. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər Azərbaycan qadınlarının?da öz potensial imkanlarını reallaşdıra bilməsinə şərait yaratdı. Azərbaycanın təhsil almış, ziyalı qadınlarının xeyriyyəçilik və maarifçilik fəaliyyətləri, qadın cəmiyyətlərinin təsis edilməsi qız məktəblərinin yaranmasına təkan verdi. Mərkəzi Tiflisdə yerləşən “Müqəddəs Nina” xeyriyyə cəmiyyəti Bakı?da, o cümlədən Gəncədə eyniadlı qadın