“Səttar Bəhlulzadə müxtəlif rənglərin yeni ça-
larlannı
kəşf edərək onların ahəngindən gözəl löv-
hələr
yaratmışdır. Rəssamın rəng palitrasının zən-
ginliyi,
poetik əhvali-ruhiyyə və kolorit gözəlliyi ilə
seçilən orijinal üslublu əsərləri milli təsviri sənətin
ən qiymətli inciləri sırasındadır".
“İncəsənətin bütün növləri sənətlərin ən böyü-
yünə - həyatda yaşaya bilmək sənətinə xidmət edir”.
Hamı məşhur amerikalı rəssamın başına toplaşmışdı.
Amma rəssam elə bil heç kəsi görmür, sakitcə divardan asılmış
“Qızbənövşəyə gedən yol”, “Azərbaycan nağılı”, “Torpağın arzusu”,
“Kəpəzin göz yaşları” tablolarına tamaşa edirdi.
Əsərlər rəssamı heyrətləndirdiyindən dinib-danışa bilmirdi. O, indiyə
qədər dünyanın çox yerlərini gəzib-dolaşmış, çox yerlərində olmuşdu.
Dünyanın ən məşhur rəssamları ilə tanış idi.
Lakin qəlbini heyrətə gətirən belə əsərlərə çox az-az rast
gəlmişdi.
Amerikalı rəssam, sözün əsl mənasında, yeni bir dahi kəşf etmişdi.
Gözləri önündə yeni bir aləm açılmışdı.
Ona görə sevincdən özünü saxlaya bilmirdi.
Bu rəsm əsəri yox kətana köçmüş poeziyadır
Salondakılar xısınlaşmağa başladılar Amerikalı rəssam yenə onlara fikir vermədi
Bilmək olarmı, bu əsərlərin müəllifi kimdir
Bunu eşidən tərcüməçi əyilib tabloların aşağı hissəsində kiçik metal lövhəyə qeyd edilmiş yazını oxuyub ingilis dilinə tərcümə etdi: “Səttar Bəhlulzadə. 1909-cu il”. Rəssam dərin fikrə gedib yaddaşını araşdırmağa başladı. Belə bir rəssamla indiyə qədər tanış ola bilmədiyinə təəssüfləndi. Buna görə də
Xahiş edirəm bu böyük sənətkar haqqında mənə ətraflı məlumat verəsiniz deyə tərcüməçiyə müraciət etdi
Tərcüməçi Səttar haqqında olan kataloqu oxuyub amerikalı rəssama tərcümə etdi:
- Səttar Bəhlulzadə böyük Azərbaycan rən...arıdır. O, 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuş, burada orta məktəbi başa vurub, Bakı Rəssamlıq